Avroliqa “Olimpiakos”u “Real” Madridə qarşı final oyununda azarkeşlər tərəfindən yandırılan məşəllərə görə 8000 avro cərimələyib. Bu barədə turnirin mətbuat xidməti məlumat verib.
“Panatinaikos”un ev arenası olan “Telekom Center”də keçirilən həlledici matçda təxminən 18.000 “Olimpiakos” azarkeşi iştirak edib. “Olimpiakos” “Real”ı 92-85 hesabı ilə məğlub edərək dördüncü dəfə Avroliqa titulunu qazanıb (1997, 2012, 2013, 2026).
Finaldan sonra “Panatinaikos” arenanı dezinfeksiya edib və bioloji təmizləmə işləri aparıb, həmçinin rəqib azarkeşlərin vurduğu ziyanı, o cümlədən oturacaqları, işıqlandırmanı və pəncərələri təmir edib.
Qeyd edək ki, çempion 2,4 milyon avro, finalçı “Real” isə 2,1 milyon avro mükafat alacaq.





