Şotlandiya millisinin baş məşqçi Stiv Klarkla ilə müqavilənin müddəti uzadılıb.

Futbolinfo.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.

“Stiv Klarkın bu yaydan sonra da komandada qalacağını təsdiqləməkdən məmnunuq. O, Şotlandiya millisinin tarixində ən uğurlu baş məşqçidir” – deyə federasiyanın açıqlamasında bildirilib.

Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edir.

Şotlandiya millisi 2026-cı il dünya çempionatında C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

Shares: