Stenli Kubokunun ikinci finalçısı da müəyyənləşib.

Seriyanın 5-ci oyununda “Karolina Harrikeyns” 6:1 hesablı qələbə sayəsində “Monreal Kanadiens” səddini keçib.

Bir neçə gün əvvəl Veqas komandası da finala vəsiqə qazanmışdı. “Qolden Nayts” seriyanın dörd oyununun hamısında qalib gələrək “Kolorado Evelanş”ı mübarizədən kənarlaşdırıb.

Beləliklə, Stenli Kubokunun qalibi Karolina və Veqas arasında keçiriləcək qarşılaşmada müəyyənləşəcək.

Monreal təmsilçisinin məğlubiyyətindən sonra Kanada komanbdalarının kuboksuz seriyası davam edəcək. Sonuncu dəfə 1993-cü ildə Kanada klubu Stenli Kubokunu qazanıb.

Shares: