“Mundo Deportivo”nun məlumatına görə, “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer pəncərəsində klubdan ayrıla bilər.

34 yaşlı alman qapıçı “Blauqrana” rəhbərliyi tərəfindən növbəti mövsüm üçün əsas qapıçı kimi nəzərdən keçirilmir. Bununla belə, hər iki tərəf həm kluba, həm də oyunçuya uyğun bir həll yolu tapmağa çalışacaq.

Ter Ştegen özü təkliflərə açıqdır və başqa bir komandaya keçməyə razılıq verib. Onun prioriteti yenidən əsas qapıçı olub, müntəzəm oyun praktikası qazana biləcəyi bir komandadır.

Kataloniya klubu öz növbəsində icarə də daxil olmaqla mümkün transferi asanlaşdırmağa hazırdır. Qeyd edək ki, “Barselona” hələ də oyunçuya borcludur.

Bu mövsüm Ter Ştegen mövsüm “Barselona”da bir, “Jirona”da isə iki oyun keçirib. O, bud əzələsinin yırtığı səbəbindən yanvar ayında sıradan çıxıb.

Shares: