UEFA İtaliyanın “Komo” klubuna UEFA Çempionlar Liqasında ev matçlarını “Cüzeppe Siniqalya” stadionunda keçirməyə icazə verməyib.
Futbolinfo.az xəbər verir ki, buna səbəb A Seriyası təmsilçisinin arenasının turnirin infrastruktur tələblərinə cavab verməməsidir.
Stadionun təxminən 13 min 600 tamaşaçı tutumu UEFA Çempionlar Liqasının oyunlarına ev sahibliyi üçün kifayət etməyib. Növbəti avrokubok mövsümündə “Komo”nun rəqiblərini 23 mindən çox azarkeş tutumuna malik və UEFA tələblərinə uyğun gələn “Sassuolo” stadionunda qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, “Komo” 2025/2026 mövsümünün yekununda İtaliya çempionatında 71 xal toplayaraq 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.






