“Arsenal” tarixində keçirdiyi 8 avrokubok finalından 6-da məğlub olub. Sonuncu dünən reallaşıb.

Mikel Artetanın yetirmələri Çempionlar Liqasının finalında PSJ-yə məğlub olub (1:1, penaltilərdə 3:4). Bu, “topçular”ın Çempionlar Liqasındakı ikinci məğlubiyyətidir. Birincisi 2006-cı ildə “Barselona”dan (1:2) olub.

“Arsenal” həmçinin Kuboklar Kuboku finalında (1980, 1995) və UEFA Kuboku/Avropa Liqası finalında (2000, 2019) 4 dəfə məğlubiyyətə uğrayıb.

Londonluların qələbələri 1970-ci ildə Yarmarkalar Kuboku (UEFA Kuboku) finalında “Anderlext”ə (1:3, 3:0) və 1994-cü ildə Kuboklar Kubokunun finalında “Parma”ya qarşı (1:0) olub.

Shares: