Hokkey üzrə dünya çempionatına yekun vurulub.

İsveçrədə keçirilən turnirin final qarşılaşmasında meydan sahibləri ilə Finlandiya yığması üz-üzə gəlib. Komandalar əsas vaxtda fərqlənə  bilməyiblər. Finlandiyalı Konsta Heleniusun əlavə vaxtda qolu çempionatın taleyini həll edib.

Maraqlıdır ki, İsveçrə bu vaxta qədər dünya çempionu ola bilməyib və altıncı dəfə finalda uduzub (1935, 2013, 2018, 2024, 2025, 2026). Finlandiya isə beşinci dəfə dünya çempionu olub (1995, 2011, 2019, 2022, 2026).

Üçüncü yer uğrunda matçda Norveç Kanadanı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək tarixində ilk Dünya Çempionatı medalını qazanıb.

Shares: