Azərbaycan çempionu “Sabah”dan ayrılan Amin Seydiyevin yeni klubu bəlli olub.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı müdafiəçi “Zirə” ilə müqavilə imzalayıb.

Qəsəbə təmsilçisi Azərbaycan millisinin üzvünün transferini yaxın saatlarda rəsmən açıqlayacaq. Tərəflər arasında imzalanan müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən “Sabah”ın formasını geyinirdi. O, ötən mövsüm komanda ilə birlikdə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.

Shares: