ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində keçiriləcək UFC turniri üçün qurulan arenanın gələcəkdə daimi olaraq saxlanıla biləcəyini istisna etməyib.
Tramp bu barədə danışarkən məşhur Eyfel qülləsini nümunə göstərib: “Eyfel qülləsini Ümumdünya Sərgisindən dərhal sonra sökməyi planlaşdırırdılar. Lakin sonradan dedilər ki, “bilirsiniz nə var, bu bizim xoşumuza gəlir, qoy bir az da qalsın”. Biz də Ağ Evin qarşısında UFC turniri üçün müəyyən qurğular inşa edirik və bu, bir çox insanın xoşuna gəlir. Mən ona baxıram və düşünürəm ki, bəlkə də onu sökməyəcəyik”.
Qeyd edək ki, UFC turnirinin iyunun 15-də Ağ Evin cənub çəmənliyində keçirilməsi planlaşdırılır. Turnirin ABŞ tarixində ən simvolik məkanlardan birində təşkil olunması böyük maraq doğurub.






