“Bayer”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi postu “Tuluza”nın sabiq çalışdırıcısı Karles Martinesə həvalə olunub. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

O, “Bayer”də 2025-ci ilin sentyabrından bu vəzifəni tutan danimarkalı Kasper Yulmannı əvəz edib.

Karles Martines 2023-cü ilin yayından “Tuluza”ya rəhbərlik edirdi. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-i onuncu pillədə başa vurub. “Bayer” isə 2025/26 mövsümündə Almaniya Bundesliqasında altıncı olub.

Shares: