Niderlandın “Feyenoord” klubu baş məşqçisi Robin van Persi ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Roterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Niderland çempionatında ikinci yeri tutaraq Çempionlar Liqasının ümumi mərhələsinə birbaşa vəsiqə qazansa da, klub rəhbərliyi yenə də baş məşqçini dəyişmək qərarına gəlib.
Van Persi “Feyenoord”un əsas komandasına 2025-ci ilin fevral ayının sonlarında təyin olunub. Geridə qalan müddət ərzində komanda onun rəhbərliyi altında çıxış etdiyi 58 rəsmi matçda 30 qələbə qazanıb, 9 heç-heçə edib və 19 dəfə meydandan məğlub ayrılıb.






