Beynəlxalq Hokkey Federasiyası (IIHF) 2027-ci ildə keçiriləcək hokkey üzrə dünya çempionatının qrup tərkibini təsdiqləyib.
Turnir gələn ilin 14-30 may Almaniyada keçiriləcək. Mundiala Manheym və Düsseldorf şəhərləri ev sahibliyi edəcək.
IIHF-in qərarına əsasən, Rusiya və Belarus milli komandaları növbəti dünya çempionatında da iştirak etməyəcəklər. Qrupların tərkibinə gəlincə, A qrupunda İsveçrə, Finlandiya, İsveç, Almaniya, Latviya, Avstriya, Sloveniya və Ukrayna, B qrupunda isə Kanada, ABŞ, Çexiya, Slovakiya, Danimarka, Norveç, Qazaxıstan və Macarıstan yığmaları mübarizə aparacaq.
Qeyd edək ki, turnirin son qalibi Finlandiya millisidir. “Suomi” bir neçə gün öncə dünya çempionatının finalında ev sahibi İsveçrə komandasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində 5-ci dəfə çempionluq tituluna yiyələnib.







