Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, komandamız yarışda iştirak etmək məqsədilə Moldovaya yola düşüb.
ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinatoru Yalçın Manaflının rəhbərliyi altında turnirdə ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.
Qeyd edək ki, tennisçilər “Davis Cup”ın III qrupunda mübarizə aparacaqlar. Yarış iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.






