UFC-nin orta çəki dərəcəsində (84 kq-a qədər) sabiq çempionu, amerikalı döyüşçü Şon Striklend təşkilatda çıxış edən idmançılara ödənilən qonorarları sərt şəkildə tənqid edib.

Striklend bildirib ki, UFC-nin yeni media müqavilələrinə baxmayaraq, döyüşçülərin gəlirlərində ciddi artım müşahidə olunmur: ““UFC-nin Paramount ilə müqaviləsi? Heç bir əlavə bonus yoxdur. Heç kim daha çox pul qazanmağa başlamayıb. İndi bonus nə qədərdir? 50 min, yoxsa 100 min dollar? İdmanda ödənişlərdən danışsaq, UFC bu baxımdan ən pis təşkilatlardan biridir. Bunun əksini sübut etməyə belə ehtiyac yoxdur. Bu, ədalətsizlik və açıq-aşkar istismardır. Biz paltarını çıxarıb döyüşən və bununla da ömrünü qısaldan bir qrup adamıq”.

Amerikalı döyüşçü əlavə edib ki, idmançılar döyüşdən imtina etdikdə, UFC onların yerinə çox aşağı məbləğə çıxış etməyə razı olan başqa döyüşçülər tapır: “Əgər siz döyüşdən imtina etsəniz, UFC səhradan tapdığı istənilən bir oğlanı 5 min dollara döyüşdürəcək. Sistem belə işləyir. ABŞ-dan olan döyüşçülərin sayının azalmasının əsas səbəbi də budur”.

Shares: