“Yuventus” yeni hücumçu axtarışındadır. Duşan Vlahoviçlə yeni müqavilə imzalamayan turinlilər digər namizədləri nəzərdən keçirir.
Futbolinfo.az xəbər verir ki, İtaliya nəhənginin hazırda əsas hədəfi Aleksander Şörlottdur. Tərəflər ilkin müzakirələri yekunlaşdırıb. “Yuventus”Dünya Çempionatının startınadək norveçlinin keçidini tamamlamağa çalışır.
30 yaşlı forvardın ngiltərə və Türkiyədən müştəriləri var. Amma o, A Seriyasına can atır. Bunun səbəbi diəgrləri ilə müqayisədə Turin təmsilçsinin daha məşhur klub olmasıdır.
“Atletiko” iki il öncə “Vilyarreal”dan 32 milyon avroya aldığı oyunçunu həmin məbləğin yarısına buraxmağa hazırdır. İki illik müqaviləsi qalan hücumçu əsas heyətə düşə bilmədiyindən madridlilər daha yüksək səviyyəli birini axtarır.






