İsveçin paytaxtı Stokholmda keçirilən Brilyant Liqasına kişilər arasında şüvüllə tullanma yarışları keçirilib.

İkiqat olimpiya və üçqat dünya çempionu, isveçli Arman Düplantis bu dəfə doğma azarkeşləri önündə qələbə qazana bilməyib. O, ən yaxşı cəhdində 5,80 metr nəticə göstərərək ikinci yeri tutub. Yarışın qalibi isə 5,90 metr hündürlüyü fəth edən avstraliyalı Marşall Körtis olub.

Qeyd edək ki, Düplantis yarış zamanı iki dəfə 6,00 metr hündürlüyündəki planı götürə bilməyib. Son cəhdində isə 6,05 metr nəticəyə nail olmaq istəsə də, buna müvəffəq olmayıb.

Shares: