Mərakeş millisinin futbolçuları Nussair Mazraui və Abde Ezzalzuli dünya çempionatından əvvəl zədələniblər. Onlar Norveçə qarşı keçirdikləri yoldaşlıq oyununda (1:1) sıradan çıxıblar.

Mazraui 29-cu dəqiqədə, Ezzalzuli isə fasilədə əvəzlənməli olub. Onların zədələrinin ciddiliyi hələlik məlum deyil.

Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq. Mərakeş C qrupunda Braziliya, Şotlandiya və Haiti ilə üz-üzə gələcək.

Shares: