Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün sonunda isə Nigeriya və Uruqvay milli komandaları qarşılaşıb, Uruqvay millisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, Polşa və Uruqvay milli komandaları turnirdə ilk qələbələrini qazanıb.

Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan millisi 4:2 hesabı ilə Özbəkistanı məğlub edib.

Shares: