“Real”da prezident seçkilərinin qalibi müəyyənləşib. Florentino Peres səsvermədə qalib gələrək postunda qalıb.

Futbolinfo.az xəbər verir ki, 79 yaşlı funksioner seçkidə səslərin 64,1 faizini toplayıb. Onun əsas rəqibi Enrike Rikelme isə məğlub olub.

Bu seçki madridlilər üçün uzun fasilədən sonra rəqabətli keçən ilk prezident seçkilərindən biri kimi diqqət çəkib. Klub üzvləri Valdebebasdakı şəhərcikdə səs veriblər. Gün ərzində İspaniya mətbuatında Peresin üstünlüyü barədə müxtəlif “exit-poll” nəticələri dərc olunub. Yekunda Peresin ardıcıl 8-ci dəfə qalib gəldiyi dəqiqləşib.

Qeyd edək ki, Peres 2000-ci ildən bəri “Real”a rəhbərlik edir. Onun prezidentliyi dövründə Madrid təmsilçisi həm futbol, həm də basketbol komandaları ilə çoxsaylı titullar qazanıb.

Shares: