Formula 1 üzrə dünya çempionatında mövsümün 6-cı mərhələsi olan Monako Qran-prisinə yekun vurulub.
Yarışın qalibi “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli olub. İtaliyalı sürücü 78 dövrəni 2 saat 23 dəqiqə 31,2 saniyəyə tamamlayaraq ardıcıl beşinci qələbəsini qazanıb.
“Ferrari”nin britaniyalı pilotu Lüis Hemilton finiş xəttini ikinci keçib. O, qalibdən 6,2 saniyə geri qalıb. Üçüncü yeri isə “Red Bull”un fransalı sürücüsü İsak Hacar tutub. “Makkaren”dən Oskar Piastri dördüncü, “Reysinq Bulls”un üzvü Arvid Lindblad isə beşinci olub.
Yarış zamanı bir sıra aparıcı pilotlar gözlənilməz problemlərlə üzləşiblər. “Red Bull”la dördqat dünya çempionu olan Maks Ferstappen mühərrik nasazlığı səbəbindən artıq ilk dövrədə mübarizəni dayandırıb. Ötən mövsümün çempionu, “MakLaren”in britaniyalı sürücüsü Lando Norris isə 43-cü dövrədə yarışı başa vura bilməyib. “Ferrari”nin monakolu pilotu Şarl Lekler də 64-cü dövrədə qəza nəticəsində mübarizədən kənarda qalıb. Bundan başqa, “Aston Martin”dən Lens Stroll, “Haas”dan Oliver Berman və “Kadillak”ın pilotu Valtteri Bottas da müxtəlif səbəblərdən finişə çata bilməyiblər.
Monako mərhələsindən sonra Andrea Kimi Antonelli 156 xalla pilotlar arasında ümumi sıralamaya liderlik edir. Lüis Hemilton 90 xalla ikinci, “Mercedes”in digər pilotu Corc Rassel isə 88 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda da “Mersedes” 244 xalla birinci yerdədir. “Ferrari” ikinci, “Maklaren” isə üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi həftəsonu İspaniyanın Barselona şəhərində keçiriləcək.
