“Fiorentina” Fabio Qrossonu komandanın baş məşqçisi təyin edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytındakı məlumatda deyilir.

Qeyd olunur ki, mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Ötən mövsümün yekunlarına əsasən “Fiorentina” A Seriyasının turnir cədvəlində 15-ci yeri tutub. Bu üzdən də Florensiya təmsilçisi mövsüm bitən kimi baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb.

Shares: