Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasından “Report”a verilən məlumata görə, o, Masters kateqoriyasında (35–39 yaş) birinci yeri tutub.

500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.

Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

Shares: