Ötən mövsümü “Karvan-Yevlax”da çıxış edən Elvin Yunuszadə özünə yeni klub tapıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, o, “Araz-Naxçivan”la danışıqlar aparır.
O, böyük ehtimalla növbəti mövsümü bu komandada keçirəcək.
Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Şamaxı”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax”da çıxış edib. O, legioner həyatı da yaşayıb. Bosniya və Herseqovinanın “Çelik” və Şimali Makedoniyanın “Şkupi” klublarında oynayıb.






