“Bayern” cinah oyunçusu Maykl Olise ilə yollarını ayırmaq niyyətində deyil.

Madrid “Real”ı 24 yaşlı futbolçu üçün 150 milyon avro təklif etməyə hazır olduğu bildirib. Lakin “L’Équipe” qəzetinin verdiyi xəbərə görə, Münhen klubun rəhbəri satışa icazə verməyəcək.

“Olise əvəzsizdir. O, hətta 500 milyon avroya belə satılmayacaq”, – deyə alman klubunun direktorlar şurasının üzvü qeyd edib.

“Mançester Siti” və ya PSJ də fransız futbolçunu transfer edə bilər. Lakin Mayklın “Siti”yə qayıtmaq fikrində olmadığı, parislilərin isə yeni oyunçulara böyük məbləğdə pul xərcləməyəcəyi güman edilir.

Shares: