Futbol üzrə dünya çempionatında bu gücə daha iki oyun keçirilib.

Mundalın indiyəqədərki ən maraqlı matçında Braziliya Mərakeşlə üz-üzə gəlib. Nyu-Cersi stadionunda keçirilən C qrupunun qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. “Sambaçılar”ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius Junior vurub.

Digər matçda isə tək qol həlledici olub. Şotlandiya Haiti millisinə 29-cu dəqiqədə Con Makqinnin vurduğu qolla qalib gəlib.

Shares: