Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz finalda İrlandiya – Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığmamız daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.

Shares: