“Sabah” və “Qəbələ”nin sabiq futbolçusu Zurab Oçiqava yenidən Azərbaycana qayıdır.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu ölkənin gənclər millisinin keçmiş oyunçusu bu dəfə məşqçi kimi fəaliyyət göstərəcək.
2024-cü ilin yayında “Qəbələ”dən ayrıldıqdan sonra 29 yaşında futbolçu karyerasını başa vuran Oçiqava ABŞ-a köçərək orada uşaq futbolunda məşqçi qismində fəaliyyət göstərib.
Məlumatda bildirilir ki, Oçiqava 2021-2023-cü illərdə ölkəmizdə formasını geyindiyi “Sabah”ın məşqçisi olacaq. Lakin onun “Sabah”ın konkret hansı komandasında çalışacağı qeyd olunmayıb.






