Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa Səudiyyə Ərəbistanına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyununda qələbə qazanmalı olduqlarını düşünür.
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatan görüşü şərh edib: “Qarşılaşdığımız rəqib məğlub etməli olduğumuz komanda idi. İlk hissədə bəzən gördük ki, işimizi düzgün qurmamışıq. Bu, qalib gəlməli olduğumuz oyun idi”.
Ərəblərin baş məşqçisi Yorqos Donis isə güclü rəqibə qarşı çıxış etdiyini bildirib: “Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq”.






