60 yaşlı məşhur türk məşqçi Ergin Ataman üç mövsümdən sonra “Panatinaikos”un baş məşqçisi vəzifəsindən ayrılır. Bu barədə Afina klubunun mətbuat xidməti məlumat yayıb.
Atamanın “Panatinaikos”un baş məşqçisi kimi müqaviləsinin müddəti gələn il başa çatmalıydı.
Türkiyəli mütəxəssis baş məşqçi kimi ilk mövsümündə Afina klubuna Avroliqa çempionluğunu qazandırmış, 2024/25 mövsümündə isə turnirin “Dördlər Finalına” çıxarmışdı. Bu mövsüm komanda Avroliqanın əsas turnirindən kənarda qalmışdı.
Ataman baş məşqçilik müddətində klubu iki dəfə Yunanıstan Kuboku tituluna və 2024-cü ildə Yunanıstan çempionluğuna daşıyıb.






