Seneqal millisi Fransa ilə qarşılaşmanın ilk yarısında rəqibinə çətinlik yaradıb. Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib: “Seneqal ilk hissədə bizə çətinlik yaratdı. Fasilədən sonra oyuna daha yaxşı nəzarət etdik və üstünlüyü ələ aldıq. Düşünürəm ki, layiq olduğumuz qalibiyyəti əldə etdik”.

Qeyd edək ki, Fransa – Seneqal matçı 3:1 hesabı ilə yekunlaşıb.

Shares: