Kurasao dünya çempionatları tarixində ilk xalını qazanıb. Ötən oyunda ilk qolunu vuran debütant bu dəfə xal əldəetməyi də bacarıb.
Ekvador yığması ilə Kanzas Siti stadionunda keçirilən E qrupunun II turunun matçında hesab açılmayıb. Bu nəticə Almaniya yığmasının qrupu lider kimi başa vuracağını da rəsmiləşdirib.
Matçdan sonra Kurasao yığmasının baş məşqçisi Dik Advokat 0:0-ı tarixi nəticə adlandırıb: “Ekvadorun bizdən daha güclü heyətə malik olduğunu bilirdik. Futbolçularım inanılmaz mübarizə apardılar və ölkəmizə dünya çempionatları tarixində ilk xalı qazandırdılar. Bu nəticə bizim üçün qələbə qədər dəyərlidir. Qapıçımız Eloy Romun çıxışını olduqca yüksək qiymətləndiririk”.






