“Uruqvay millisi Kabo Verde ilə matçda intensivliyin aşağı düşməsinə imkan verməli deyildi”. Bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Təcrübəli mütəxəssis Kabo Verde ilə 2:2 hesabı lə başa çatan görüşü şərh edib: “Yaxşı müdafiə olunduğumuz vaxtlarda hesabda önə keçmək imkanı yarandı. Lakin oyuna nəzarəti itirdiyimiz anlarda rəqib üstünlüyü ələ keçirməyə başladı. Nəticəyə təsir edən əsas amil oyunun intensivliyinin aşağı düşməsi oldu və buna yol verməməli idik”.






