“Böyük Dəbilqə” turnirlərinin 23 qat qalibi, dünya reytinqinin keçmiş bir nömrəsi, 44 yaşlı Serena Vilyams “Uimbldon-2026” turnirinin fərdi növündə iştirak etmək üçün xüsusi dəvət alıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Serena iyunun əvvəlində tennisə geri dönüb və kanadalı Viktoriya Mboko ilə birlikdə Londonda keçirilən “WTA-500” turnirinin cütlüklər yarışında iştirak edib. Amerikalı tennisçi fərdi yarışda sonuncu dəfə 2022-ci ilin sentyabrında ABŞ Açıq Çempionatında korta çıxmışdı və orada üçüncü mərhələdə avstraliyalı Ayla Tomlyanoviçə məğlub olduqdan sonra (5:7, 7:6 (7:4), 1:6) peşəkar karyerasını başa vurmaq qərarına gəlmişdi.

“Uimbldon-2026” turniri iyunun 29-dan iyulun 11-dək keçiriləcək. Yarışın son qalibi polşalı tennisçi İqa Şvyontekdir.

Shares: