“Qarabağ” qapıçıları Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Rəhbərlik Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.






