Birinci liqada debüt etməyə hazırlaşan “Xankəndi” üç futbolçu ilə vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Pərviz Qaraxanov, Elməddin Hüseynzadə və Elşad Manafovla qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Xatırladaq ki, “Xankəndi” ötən mövsüm 2-ci liqafda çempionluğunu rəsmiləşdirərək 1-ci liqaya vəsiqə qazanıb.






