“The Telegraph” qəzetinin verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın iyulun 19-da keçiriləcək final oyununa qədər dünya çempionatının stadionlarına gəlmə ehtimalı olduqca azdır.
Prezidentin finaldan əvvəlki matçlarda görünməsi yalnız ABŞ millisinin yarımfinala yüksələcəyi təqdirdə mümkün ola bilər.
“Prezident ABŞ-də 4 İyul Müstəqillik Gününün qeyd olunması ilə məşğuldur. Hazırda dünya çempionatı onun planlarına daxil deyil. O, kuboku finalda təqdim edəcək, lakin ondan əvvəl Trampı turnirdə görəcəyimizi düşünmürəm. Bəlkə yarımfinala gedə bilər, amma bu da yalnız ABŞ millisinin həmin mərhələyə qədər yüksələcəyi təqdirdə mümkündür”, – deyə mənbə bildirib.
Xatırladaq ki, Trampın dünya çempionatının finalında kuboku qalib komandaya verəcəyi gözlənilir.






