“The Times” qəzetinin verdiyi məlumata görə, “Mançester Siti” bu həftə Entso Mareskanın komandanın baş məşqçisi postuna təyin olunduğunu elan etməlidir.

Daha əvvəl italyan mütəxəssisin “şəhərlilər”lə üçillik müqavilə imzalayacağı, “Çelsi”nin isə təzminat olaraq təxminən 20 milyon avro alacağı məlum olmuşdu.

“Mançester Siti” komandasında Mareska baş məşqçi vəzifəsində Pep Qvardiolanı əvəz edəcək.

İtaliyalı məşqçi bundan əvvəl “Çelsi”yə rəhbərlik edib və orada 2024-cü ilin iyulundan 2026-cı ilın yanvarına qədər çalışıb. Mareska, həmçinin 2022/23-cü illər mövsümündə “Mançester Siti”də Qvardiolanın köməkçisi funksiyasını yerinə yetirib.

Shares: