Qari O’Nil İngiltərənin “İpsviç Taun” klubunun yeni baş məşqçisi təyin edilib.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
O’Nil son olaraq Fransanın “Strasburq” klubunu çalışdırıb və komanda onun rəhbərliyi altında Liqa 1-də 8-ci yeri tutaraq tarixində ilk dəfə Konfrans Liqasının yarımfinalına yüksəlib. O, daha əvvəl İngiltərədə “Bornmut” və “Vulverhempton” klublarına rəhbərlik edib.






