Luka Modriç Panama ilə DÇ-2026-nın qrup mərhələsinin oyununda Xorvatiya yığmasının start heyətində meydana çıxmaqla milli komandada 200-cü matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, L qrupunun qarşılaşmasında forma geyinən 40 yaşlı yarımmüdafiəçi futbol tarixində bu göstəriciyə çatan 4-cü oyunçu olub.

Hazırda millidə ən çox oyun keçirən futbolçu rekordu Kriştianu Ronaldoya məxsusdur. O, Portuqaliya yığmasında 230 matçda meydana çıxıb. Küveyt yığmasının üzvü Bader əl-Mutava (202) ikinci, argentinalı Lionel Messi (201) üçüncüdür.

Qeyd edək ki, Xorvatiya – Panama matçı birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares: