“Daha bir uğurlu mövsüm keçirdiyim üçün Allaha şükür edirəm. Mövsümü zədəsiz başa vurmaq və meydanda yaxşı performans göstərmək mənim üçün çox vacib idi”. Futbolinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın müdafiəçisi Keffel Resende Braziliya mətbuatına açıqlamasında deyib.
Braziliyalı sol cinah müdafiəçisi geridə qalan mövsümü uğurlu adlandırıb: “Azərbaycanda futbol daha çox taktiki yanaşmaya və fiziki mübarizələrə əsaslanır. Kluba yaxşı uyğunlaşdım və düşünürəm ki, oyunlarda komandama fayda verə bildim”.
Qeyd edək ki, Keffel “Sumqayıt”ın heyətində 28 oyunda 4 məhsuldar ötürmə verib. O, “gənclik şəhəri” təmsilçisinə ötən ilin yayında Portuqaliyanın “Portimonense” klubundan keçib.






