“Dünya çempionatının pley-off mərhələsində komanda birliyi çox vacibdir”. Bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Şotlandiya yığmasına qarşı keçirilən III turun oyunundan sonra deyib.

Mütəxəssis komandasının oyunundan razı qaldığını və hələ inkişaf üçün imkanların olduğunu vurğulayıb: “Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də budur. Əlbəttə, ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar var. Oyuna nəzarət etdiyimiz anlarda topu daha sürətli hərəkət etdirə bilərik. Komandanın əhəmiyyətli dərəcədə inkişaf etməsi məni sevindirir. İndi daha ahəngdar və nizamlı çıxış edirik. Pley-off mərhələsində komanda birliyi çox vacibdir və bizim də məhz belə bir kollektivimiz var. İlk oyunla müqayisədə səhvlərimizin sayı azalıb, ritmimiz yüksəlib və hücumda daha səmərəli olmuşuq”.

Braziliya millisinin baş məşqçisi Vinisius Juniorun çıxışını da xüsusi qeyd edib: “Vinisiusun dubl etməsi məni çox sevindirdi. Onun dünya çempionatında bu cür çıxış edə biləcəyinə heç vaxt şübhə etməmişəm. Braziliya millisinin formasını geyinmək onun üçün böyük qürurdur. O, çox yaxşı oynayır. Hətta başla qol vurdu ki, bu onun üçün nadir haldır. Vinisiusu kəşf edən mən olmamışam. Mənim üçün o, yüksək səviyyəli futbolçudur və şübhəsiz ki, dünyanın ən yaxşı oyunçularından biridir”.

Qeyd edək ki, Braziliya millisi Şotlandiyanı 3:0 hesabı ilə məğlub edib.

Shares: