Cahangir Həsənzadənin işsiz günləri tezliklə başa çatacaq. Uzun illər işlədiyi AFFA-nın texniki direktoru postundan yaxınlarda kənarlaşdırılan keçmiş qapıçı yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir k, Həsənzadənin növbəti fəaliyyət ünvanı “Sumqayıt” Futbol Akademiyasıdır. Bir neçə gün öncə Hakan Sünalla yollarını ayıran “kimyaçılar” onu məhz Cahangir bəylə əvəz etmək istəyir.
Həsənzadənn məhz “Sumqayıt”a, həm də qısa müddət işsiz qalandan sonra yollanması təsadüfi deyil. Bu klubun menecer-prezdenti Riad Rəfiyev də Həsənzadə kimi AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun komandasının üzvləridir. Azərbaycan futbolunun bugünkü durumunun birbaşa günahkarı olan dəstə üzvləri indi “Sumqayıt”da yuvalanır.






