Andre Onana “Trabzonspor”da qalacaq. Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan qapıçı daha br mövsüm Türkiyə klubunda oynamağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, ötən mövsüm icarəyə götürülən 30 yaşlı qolkiper ümidləri doğruldub. Trabzonlular bu səbəbdən ona yeni müqavilə təklif edib. 2023-ci ildə ingilislərin “İnter”dən 50 milyon avroya aldığı Onana ilə iki illik müqaviləsi var. Mançesterlilərin tələb etdiyi 20 miylon avronu ödəmək imkanı olmayan Türkyə klubu təcrübəli oyunçudan yenə icarə qaydasında faydalanmaq istəyir.
“Mançester Yunayted” onun dönüşündə maraqlı deyil. Klub rəhbərliyi Onananı satmağa çalışır. Amma ciddi müştəri olmadığı üçün yəqin ki, o, növbəti dəfə icarəyə veriləcək.






