“Futbolun təkcə böyük ölkələr üçün olmadığını sübut etdik”. Bu sözlər Kabo Verde millisinin baş məşqçisi Bubistaya məxsusdur.

Mütəxəssis tarixlərində ilk dəfə qatıldıqları mundialda əldə etdikləri uğurlu nəticə barədə danışıb: “Bu uğur təkcə Kabo Verde üçün deyil, bütün futbol dünyası üçün bir mesajdır. Biz sübut etdik ki, futbol təkcə böyük ölkələr üçün deyil. İnam, birlik və fədakarlıqla hər şey mümkündür. Futbolçularımla fəxr edirəm. Onlar cəsarətlə mübarizə apardılar və tarix yazdılar”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə görüşdə hesab açılmayıb və bu nəticə afrikalıların qrup ikincisi olmasına şərait yaradıb.

Shares: