“Euroleague Commercial Assets” (ECA) şirkətinin Direktorlar Şurası Barselonada keçirilən iclasında basketbol üzrə Avroliqanın 2027/2028 mövsümündən başlayaraq 24 komandaya qədər genişləndirilməsini təsdiqləyib. Bu barədə ECA-nın mətbuat xidməti məlumat yayıb.
Klublar turnirin genişləndirilməsi planına sadiq olduqlarını təsdiqləyiblər və hər bir komandanın digəri ilə qarşılaşması prinsipini (dairəvi sistem) qoruyub saxlamaqla, eyni zamanda Avropa basketbol təqviminə daha yaxşı inteqrasiyanı təmin edəcək yarış formatlarının qiymətləndirilməsini davam etdirməyə razılıq veriblər.
2026/2027 mövsümündə Avroliqada 20 komanda çıxış edəcək. Direktorlar Şurasının qərarlarını təsdiqləmək üçün ECA-nın Baş Assambleyası iyulun 7-də tarixində toplaşacaq.
