Ramiz Məmmədov “Mingəçevir”dən ayrılıb. Təcrübəli mütəxəssis I Liqada 2-ci pilləyə yüksəldib “Qəbələ” ilə pley-off oynatdığı komandanın baş məşqçi postu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, klubun maliyyə durumunun yaxşı olmaması Məmmədovun qərarında həlledici rol oynayıb. Bölgə təmsilisi özünə yeni baş məşqçi axtarmalıdır.

Ramiz bəy isə “Karvan-Yevlax”ın baş məşqçisi ola bilər. Premyer Liqanı tərk etdikdən sonra Füzuli Məmmədovla yolları ayıran yevlaxlılar onun həmsoyadı ilə danışıqlara başlayıb. Tərəflərin ilk görüşündən sonra ümumi razılıq əldə olunub. Hazırda klub rəhbərliyində təmsil olunan sabiq baş məşqçi Kənan Kərimov dostu ilə birgə çalışmaq niyyətindədir.

Shares: