Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç hakimlərin qərarından narazıdır. O, Qana millisinin vurduğu qolun düzgün olmadığını deyir.

2:1 hesablıqələbəyə sevinən təcrübəli mütəxəssis bununla belə nəticədən razıdır: “Yaxşı nəticə əldə etdik. Lakin Qana seçməsinin qolu ofsayd səbəbindən qeydə alınmalı deyildi. Bununla belə, qələbə qazanan tərəf biz olduq. İlk növbədə, futbolçularımı pley-off mərhələsinə yüksəlmələri münasibətilə təbrik edirəm. Çətin oyun oldu, amma düşünürəm ki, Xorvatiya taktiki baxımdan əla çıxış etdi və meydanda düzgün mövqe tutaraq oyunu nəzarətdə saxlamağı bacardı. Biz yenidən əvvəlki səviyyəmizə qayıtmışıq, təxminən doqquz il əvvəl olduğumuz yerə. Lakin bu hələlik yalnız ilk hədəfə çatmaq üçün atılmış kiçik bir addımdır. Əsas məqsədimiz qrup mərhələsini uğurla keçərək pley-offa yüksəlmək idi və biz buna nail olduq”.

Shares: