Qana millisinin baş məşqçisi Karluş Keyruş məğlubiyyətlə barışmır. O, Xorvatiya ilə oyununun ədalətli nəticəsinin heç-heçə olduğunu düşünür.

DÇ-2026-nın qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında danışan mütəxəssis əlavə edib: “Qələbəyə görə Xorvatiyanı təbrik etməliyik. Rəqib komanda bizdən az səhvə yol verdi. Məhz bu səbəbdən Xorvatiya qalib gəldi. Lakin matçın ədalətli nəticəsi heç-heçə olmalı idi”.

Qeyd edək ki, Xorvatiya Qana millisini 2:1 hesabı ilə məğlub edib.

Shares: