Azərbaycan millisinin futbolçusu Toral Bayramov yeni transfer olunduğu “Bursaspor”la növbəti mövsümün çalışmalarına başlayıb.

Futbolinfo.az xəbər verir ki, I Liqa komandası baş məşqçi Mustafa Erin rəhbərliyi altında ilk məşqinə çıxıb.

Mövsüm öncəsi ilk məşqdə Bayramovla yanaşı, digər transferlər də iştirak edib. Bundan başqa, Superliqaya vəsiqəni hədəfləyən “Bursaspor” daha iki əcnəbi futbolçunu transfer edib. “Timsahlar” Portuqaliyanın “Alverka” klubundan pleymeyker Linkoln Enrike və İngiltərə təmsilçisi “Stok Siti”dən orta sahə oyunçusu Lyuis Bakeri heyətinə qatdığını açıqlayıb.

Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Shares: