Klemen Lanqle Portuqaliyada oynayacaq. Təcrübəli müdafiəçi “Benfika” ilə razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı fransalı 2029-cu ilin yayında bitəcək müqaviləni razılaşdırıb. Lissabonlular tezliklə keçidi açıqlamalıdır.
Ötən yay “Barselona”dan azad agent kimi “Atletiko”ya keçən Lanqle 3 illik anlaşmaya imza atmışdı. Lakin burada özünü doğrultmayan müdafiəçi ind 4 milyon avro qarşılığında “Benfika”ya gedir.
“Nansi”, “Sevilya”, “Tottenhem”, “Aston Villa” kimi klublarda da oynamış fransalı vaxtilə 60 milyon avroya dəyərləndirilirdi.
